Dünya

Antalyaya gələn xarici turistlərin sayı ötən illərlə müqayisədə xeyli aşağıdır

22 Avqust 2020 08:08
Baxış: 717
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Antalya bölgəsinə xarici ölkələrdən aviareyslərin bərpa edilməsinə baxmayaraq turistlərin sayı əvvəlki illərlə müqayisədə çox azdır. Yeni növ koronavirus (COVID-19) pandemiyası səbəbindən əhəmiyyətli dərəcədə aşağı düşən bu sayı sürətlə artırmaq imkanı geniş deyil. Çünki mövsüm başa çatmaq üzrədir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Antalya cari ilin ilk günündən avqustun 19-dək 1 milyon 87 min 959 xarici turist qəbul edib. Bu müddətdə 31 ölkədən gələn turistlər arasında sayca ukraynalılar birinci, rusiyalılar ikinci yerdədir.

Xatırladaq ki, ötən ilin yanvar-iyun aylarında Antalya 193 ölkədən 5 milyon 591 min 996 xarici turist qəbul edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.