Dünya

Qəza enişi edən təyyarəni maşın vurdu - FOTO

18 Avqust 2020 18:09
Baxış: 1 158
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İzdihamlı yolda qəza enişi edən təyyarəni maşın vurub.

Milli.Az oxu.az-a istinadən bildirir ki, hadisə ABŞ-ın İllinoys ştatının Rokford şəhərində baş verib.

79 yaşlı pilot Ceyms Sibelin sözlərinə görə, təyyarə havaya qalxdıqdan beş dəqiqə sonra mühərrik sönüb.

O, hava gəmisinin idarəetməsini itirib və təyyarə izdihamlı yola eniş edib. Həmin vaxt "Chevrolet Impala" markalı maşının sürücüsü gözlənilməz hadisəyə vaxtında reaksiya verə bilməyib və avtomobil laynerin qanadına çıxıb.

Qəza nəticəsində sürücü yüngül travmalarla xəstəxanaya yerləşdirilib.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.