Dünya

Tramp Ərdoğanı, Putini, Kim Çen Inı “dünya səviyyəli şahmatçı” adlandırdı

18 Avqust 2020 15:53
Baxış: 1 442
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin, Si Tzinpin və Kim Çen Inı "dünya səviyyəli şahmatçı" adlandırıb.

Milli.Az APA-ya istinadən bildirir ki, D. Tramp Viskonsin ştatında keçirdiyi görüşdə Türkiyə, Rusiya, Çin və Şimali Koreya liderlərinin "dünya səviyyəli şahmatçı" olduğunu deyərək, rəqibi, demokratların namizədi olan Co Baydenin bu liderlərlə rəqabət apara bilməyəcəyini bildirib.

"Mən bir şeyi anladım ki, Ərdoğan, Putin, Tsinpin və Kim Çen In "dünya səviyyəli şahmatçı"dırlar", - deyə ABŞ lideri vurğulayıb. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.