Dünya

Boltondan şok: Tramp ABŞ-ı NATO-dan çıxaracaq

16 Avqust 2020 13:04
Baxış: 1 725
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

ABŞ Prezidenti Donald Tramp qarşıdakı seçkilərdən əvvəl ölkənin Şimali Atlantika İttifaqından çıxdığını elan edə bilər.

Milli.Az Axar.az-a istinadən xəbər verir ki, belə bir bəyanatla ABŞ Prezidentinin keçmiş milli təhlükəsizlik üzrə müşaviri Con Bolton çıxış edib.

"Bilirəm ki, hələ üç aya yaxın vaxt qalıb və Amerika siyasi nöqteyi-nəzərindən bu, əbədiyyətdir. Kim Çen İnlə dördüncü zirvə görüşümüz olanda dediyimiz "oktyabr sürprizi" ehtimalı çox gerçəkdir.

Donald Tramp seçkidən öncə ya bütün ABŞ qüvvələrini Əfqanıstandan çıxarmaq qərarına gələ bilər, ya da Amerikanın NATO-dan çıxacağını elan edə bilər", - Con Bolton bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.