Dünya

Avstriya Qərbi Balkan ölkələri ilə bağlı ən yüksək səyahət xəbərdarlığı elan edib

15 Avqust 2020 08:33
Baxış: 700
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avstriya hökuməti avqustun 17-dən etibarən Xorvatiya ilə bağlı ən yüksək (6-cı pillə) səyahət xəbərdarlığı elan edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Avstriya Xarici İşlər Nazirliyinin saytında yerləşdirilən məlumatda vətəndaşları bu ölkəyə vacib olmayan səfərləri təxirə salmaq, eləcə də hazırda orada olan şəxslərə ən qısa zamanda geri dönməyi tövsiyə edib. Xəbərdarlığa əsas səbəb Xorvatiyada yeni növ koronavirusa yoluxanların sayının kəskin artması (son sutka ərzində 208 nəfər), xüsusilə də həmin ölkədən Avstriyaya geri dönən şəxslərdə yoluxma hallarının aşkarlanmasıdır.

Ötən iki ay ərzində gündəlik yoluxma sayı 30-100 arasında dəyişən Xorvatiyada infeksiyanın sürətlə yayılması Avstriya qurumlarını təşvişə salıb. Avqustun 13-də Avstriyanın Karintiya federal əyalətində 22 yeni yoluxma halının 16-sının birbaşa Xorvatiya ilə əlaqəli olması da XİN-in qərarına təsir göstərib. Eyni zamanda, qeyd edilməlidir ki, bu il yay mövsümündə dəniz kənarında tətilə üstünlük verən avstriyalı turistlərin əsas seçimi Xorvatiya olub. Həmin ölkədə xəstəliyə yoluxanların sayının çoxalması virusun turistlər vasitəsilə qonşu ölkələrdə, eləcə də Avstriyada yayılmasını sürətləndirə bilər.

Ən yüksək, yəni, 6-cı dərəcəli səyahət xəbərdarlığı Xorvatiyanı tərk etməyə və ya oraya səfər etməməyə dair rəsmi çağırışdır. Xorvatiyadan Avstriyaya geri dönən şəxslər mütləq qaydada 14 günlük özünü təcrid etməli və ya testdən keçməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.