Dünya

Trüdo Beyrutdakı partlayışda iki kanadalının öldüyünü bildirib

15 Avqust 2020 08:03
Baxış: 573
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində 2 Kanada vətəndaşı həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Kandanın baş naziri Castin Trüdonun bəyanatında deyilir.

C.Trüdo partlayışda ölənlərin yaxınlarına başsağlığı verib. Baş nazir bildirib ki, kanadalılara Beyrutda lazımi yardımın göstərilməsi üçün Livana xüsusi qrup göndərilib.

Bundan əlavə, C.Trüdo Kanadada müvəqqəti yaşayan Livan vətəndaşlarına partlayış səbəbiylə evlərinə qayıda bilməyəcəkləri təqdirdə ölkədə qalma müddətinin uzadılmasına icazə veriləcəyini bildirib.

Xatırladaq ki, daha əvvəl Castin Trüdo Kanadanın Livana 22,5 milyon dollar yardım gündərəcəyini bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.