Dünya

KXDR-də leysan yağışlar 16 min evə ziyan vurub

14 Avqust 2020 09:15
Baxış: 1 046
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun əvvəlində KXDR-ə yağan leysan yağışları 39 min hektara yaxın əkin sahələrini su altında qoyub, ən az 16 min evi və digər tikililəri zədələyib və ya məhv edib.

Trend-in TASS-a istinadən verdiyi məlumata görə, bu barədə ölkənin mərkəzi televiziya agentliyi xəbər yayıb.

Bildirilir ki, təbii fəlakət səbəbindən 630-a yaxın ictimai binaya ziyan dəyib. Onlarla avtomobil, dəmir yolu və körpülər zədələnib.

Ən böyük zərər Kanvondo, Xvanxe-Nando və Xvanxe-Pukto əyalətlərində qeydə alınıb. Bir sıra bölgələrdə avqust ayının əvvəlindən təxminən 800 mm yağıntı düşüb, orta illik nisbət isə ümumiyyətlə 960 mm-dir. Xvanxe-Puktoda güclü yağış səbəbindən su bəndi dağılıb və geniş miqyaslı selə səbəb olub. Burada fəlakətin nəticələrini aradan qaldırmaq üçün işlər davam etdirilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.