Dünya

İndoneziya bu ilin sonunadək sərhədləri açmayacaq

13 Avqust 2020 19:54
Baxış: 641
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İndoneziya hökuməti xarici turistlər üçün sərhədləri bu ilin sonunadək açmayacaq.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Dəniz məsələləri və investisiyalar üzrə naziri Luhut Binsar Pancaitan deyib.

O bildirib ki, hökumət əsas diqqətin daxili turizmə yönəldilməsi barədə qərar verib.

Onun sözlərinə görə, İndoneziya hökuməti daxili turizmin payını ümumi turizmin 70 faizinə çatdırmaq niyyətindədir.

Bu səbəbdən digər ölkələrin turistləri üçün sərhədlərin açılışı bu ilin sonunadək gözlənilmir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.