Dünya

Ərdoğanla Merkel arasında telefon danışığı olub

13 Avqust 2020 19:39
Baxış: 673
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Almaniya kansleri Angela Merkel arasında telefon danışığı baş tutub.

Milli.Az Trend-ə istinadən bildirir ki, danışıqlar zamanı tərəflər Şərqi Aralıq dənizi regionunda hazırkı vəziyyət başda olmaqla digər regional məsələləri müzakirə ediblər.

R.T.Ərdoğan Türkiyənin Şərqi Aralıq dənizindəki məsələlərin beynəlxalq hüquq çərçivəsində və dialoq əsasında həll olunmasının tərəfdarı olduğunu bildirib.

Bundan başqa, tərəflər Türkiyə-Almaniya münasibətlərini də müzakirə ediblər.

Qeyd edək ki, ötən gün Fransa Prezidenti Emmanuel Makron Türkiyənin Şərqi Aralıq dənizində neft axtarışlarını dayandırmasının məqsədəuyğun olduğunu deyib. O, həmçinin Fransanın bölgədə hərbi mövcudluğunu artıracağını ifadə edib.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.