Dünya

Almaniyada cərimələrin məbləği artırılır

14 Avqust 2020 07:48
Baxış: 964
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın yerli hakimiyyət orqanları ictimai yerlərdə qoruyucu maskalardan məcburi istifadə qaydalarına əməl olunmamasına görə cərimələrin məbləğini artırır.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu tədbirlər yoluxmaların təhlükəli dərəcədə artması fonunda koronavirus infeksiyasına qarşı məhdudiyyətlərə əməl olunmasına nəzarətin sərtləşdirilməsi məqsədilə görülür. Dünəndən başlayaraq Şimali Reyn-Vestfaliya federal əyalətində ictimai nəqliyyatda maskadan istifadə olunmamasına görə cərimə 150 avroyadək yüksəlib. Bundan əlavə, sabahdan etibarən Maklenburq - Ön Pomeraniyada da cərimələr eyni miqdarda artırılacaq. Doğrudur, cərimə Şimali Reyn-Vestfaliyada olduğu kimi 30 avrodan 150 avroyadək deyil, 25 avrodan 150 avroyadək olacaq. Bu arada Şimali Reyn-Vestfaliya əyalətinin polis rəisi KİV-lərə açıqlamasında həmkarlarının qayda pozuntularına görə cərimələrin daha yüksək olacağını ehtimal etdiklərini bildirib.

Araşdırma nəticəsində məlum olub ki, indi almanların yarısı qoruyucu maska taxmağa, o cümlədən sosial məsafə saxlamağa öyrəncəlidir və onlar bu qaydaları artıq pozmurlar. Almanların fikrincə, koronavirusa görə qadağalar bundan sonra hələ təxminən bir il də qüvvədə qalacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.