Dünya

Nazir: Türkiyədə "İldırım-5" antiterror əməliyyatı keçirilir

12 Avqust 2020 18:49
Baxış: 785
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin təhlükəsizlik qüvvələri ölkənin Amanos dağ silsiləsində "İldırım-5" adlı növbəti antiterror əməliyyatına başlayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Daxili İşlər naziri Süleyman Soylu məlumat verib. Nazir bildirib ki, "İldırım-5" əməliyyatına 1448 nəfərlik heyət qatılıb.

Qeyd edək ki, Kahramanmaraş vilayətində yerləşən Sır su anbarından başlayan Amanos (Nur) dağ silsiləsi Hatay vilayətinə doğru 175 kilometrlik ərazini əhatə edir. Bu bölgə də PKK terrorçularının gizləndikləri ərazilərdən hesab olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.