Dünya

Son gündə Özbəkistanda koronavirusdan 14 nəfər ölüb

12 Avqust 2020 18:39
Baxış: 613
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Son vaxtlar Özbəkistanda COVID-19 koronavirusuna yoluxanların və ölənlərin sayı artır. Son 24 saat ərzində isə virusa 679 nəfər yoluxub, koronavirus xəstələrinin ümumi sayı 32 min 215 nəfərə çatıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, son sutkada virusdan 14 nəfər vəfat edib və ölənlərin sayı 208 nəfərə çatıb.

Xəstəxanalarda 7 min 917 nəfərin olduğu bildirilir, onların 308-nin vəziyyəti ağır, 428-nin isə kritikdir.

Xatırladırıq ki, avqustun 15-dək ölkədə karantin rejimi qüvvədədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.