Dünya

Rusiyanın Səhiyyə naziri COVID-19 peyvəndi ilə bağlı tənqidlərə münasibət bildirdi

12 Avqust 2020 13:18
Baxış: 1 133
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Səhiyyə naziri Mixail Muraşko dünyada ilk dəfə olaraq Rusiyada qeydiyyatdan keçən COVID-19 peyvəndi ilə bağlı xarici həmkarlarının səsləndirdiyi tənqidi fikirlərə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, M.Muraşko bu gün keçirdiyi brifinqdə xarici həmkarlarının tənqidi fikirlərini tamamilə əsassız adlandırıb.

Rusiyalı nazir bir çox ölkələrin tədqiqatlar üçün bu və ya digər məcburi rejimlər tətbiq etdiyini xatırladıb.

Rusiyada qeydiyyatdan keçən peyvəndlə bağlı qərarın arxasında müəyyən klinik biliklər və məlumatların dayandığını vurğulayan M. Muraşko peyvəndin yaradıldığı platformanın yaxşı öyrənildiyini və təhlükəsiz olduğunu da qeyd edib.

"Daha əvvəllər bu platformadan sintez və digər preparatların istehsalı zamanı istifadə olunub", - Səhiyyə naziri bildirib.

Qeyd edək ki, avqustun 11-də Rusiyada dünyada ilk dəfə olaraq COVID-19 infeksiyasına qarşı peyvənd qeydiyyatdan keçib. Sputnik-V adını alan peyvənd Rusiyanın Hamaley adına epidemiologiya və mikrobiologiya Mərkəzi tərəfindən hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.