Dünya

1240 nəfəri gün vurdu, ölənlər var

12 Avqust 2020 16:47
Baxış: 919
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 11-də Yaponiyada 1240 nəfər günvurma diaqnozu ilə xəstəxanalara yerləşdirilib, 3 nəfər həyatını itirib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, həmin gün Qunma və Caytama prefekturalarında 40 dərəcədən yuxarı istilər qeydə alınıb. Bildirilir ki, cari ildə koronavirus pandemiyası ilə əlaqədar insanların tibbi maska daşıması onların bədən temperaturunun artmasına təsir göstərir.

Yaponiya Ətraf Mühitin Mühafizəsi Nazirliyi və Meteorologiya Agentliyi Tokio və Çiba daxil olmaqla 7 prefekturada günvurma təhlükəsi barədə xəbərdarlıq yayıb. Həmin xəbərdarlıqda xüsusən avqustun 12-də havanın daha isti olacağı bildirilir. Həmçinin qeyd edilir ki, səhiyyə müəssisələrinin koronavirus pandemiyası ilə əlaqədar gərgin rejimdə işlədiyi bir vaxtda günvurmaya məruz qalanların sayının artması ciddi problemlər yarada bilər.

Əhaliyə ciddi ehtiyac yaranmadığı təqdirdə küçəyə çıxmamaq, kondisionerlərin işlədiyi qapalı yerlərdə qalmaq, çoxlu su içmək tövsiyə olunur. Eyni zamanda, məcburi şəkildə küçəyə çıxanlara baş geyimindən, Günəşdən qoruyan çətirlərdən istifadə etmək, sosial məsafənin imkan verdiyi yerlərdə tibbi maskanı çıxarmaq da təklif edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.