Dünya

Böyük Britaniyada 730 min insan işsiz qalıb

12 Avqust 2020 14:29
Baxış: 563
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Böyük Britaniyada mart-iyul ayları ərzində 730 min insan işsiz qalıb.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, Milli Statistika İdarəsi tərəfindən edilən açıqlamada koronavirus epidemiyasının 18-24 yaş qrupunda və 65 yaşdan yuxarı olan işçilərə təsir etdiyi bildirilib.

Ölkədə işsizlik nisbəti 3,9 faizdir. Mütəxəssislər bu nisbətin 2021-ci ilin ortalarına qədər 7.9 faizə qədər yüksələ biləcəyi ilə bağlı xəbərdarlıq ediblər.

Xatırladaq ki, HSBC, British Airways, BP, Rolls Roys, Virgin Atlantik, Ryanair və İzijet də daxil olmaqla bir neçə şirkət minlərlə insanın işdən çıxarılacağını açıqlayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.