Dünya

Ukraynada koronavirusun ikinci dalğası gözlənilir

12 Avqust 2020 16:36
Baxış: 786
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Payızın sonunda Ukraynada koronavirusun ikinci dalğası gözlənilir. Oktyabr və ya noyabr aylarında xəstələrin sayının xeyli artacağı ehtimal olunur.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, , Ukraynanın Səhiyyə naziri Maksim Stepanov bu fikirləri brifinqdə səsləndirib.

Onun sözlərinə görə, Ukraynada COVID-19-un ikinci dalğası üçün təxminən 10 min pasiyent qəbul edə biləcək xəstəxanalar hazırlanıb.

Nazir qeyd edib ki, bütün xəstəxanalarda təchizat işlərini maksimum sürətlə yekunlaşdırmağa çalışırlar. Ölkədə mərkəzləşdirilmiş şəkildə oksigenlə təchiz olunan çarpayıların sayı artırılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.