Danimarka Livana böyük məbləğdə maliyyə yardımı göstərəcək
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Danimarka hökuməti keçən həftə Beyrutda baş vermiş dağıdıcı partlayışdan zərər çəkmiş Livana böyük məbləğdə əlavə maliyyə yardımı göstərməyi qərara alıb.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Beyrutda faciəvi partlayışın ertəsi günü Livana yardım göstərmiş Danimarka hökuməti bu ölkəyə 150 milyon Danimarka kronu (təqribən 23,737 milyon ABŞ dolları) məbləğində əlavə maliyyə yardımı ayırmağa hazır olduğunu bildirib.
Danimarkanın Xarici İşlər naziri Yeppe Kofod bu münasibətlə xüsusi müraciətində deyib: "Beyrutda baş vermiş fəlakətli partlayış bütün dünyada əks-səda verib. İndi dünya birliyi Livanda sabitliyin daha da pozulmasının qarşısını almaq üçün bu ölkəyə kömək göstərilməsi barədə çağırışa cavab verməlidir".
Kofod daha sonra bildirib ki, rəsmi Kopenhagen Livanda siyasi və iqtisadi islahatlar keçirilməsi barədə bu ölkənin hakimiyyət orqanlarından xəbər gözləyir.
Livana ayrılan yeni iri maliyyə paketi əslində Danimarkanın bu ölkəyə kömək göstərmək strategiyasının davamıdır. Bundan əvvəl Danimarka Livana 12 milyon Danimarka kronu (təqribən 1,9 milyon ABŞ dolları) məbləğində maliyyə yardımı və partlayış nəticəsində kimyəvi maddələrin axmasının öhdəsindən gəlməkdə Livanın təcili yardım bölmələrinin kömək məqsədilə 600 dəst kimyəvi müdafiə kostyumu göndərib.
Milli.Az
DİGƏR XƏBƏRLƏR
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Yunanıstanda qəzaya uğrayan qırıcının pilotları həlak olub
-
Zelenski: "Ukrayna Moskvaya zərbələri dayandırmağa hazırdır"
XƏBƏR LENTİ
-
Məşhur ginekoloq vaginal qoxunu dəyişən 3 qidanı açıqladı
-
Bu insanlar hər gün mütləq qəhvə içməlidirlər
-
Pulunuzu göyə sovuracaq 5 işlənmiş maşın
-
Sürücülərin diqqətinə: Pəncərəsi açıq maşın sürmək...
-
Qəhvə içib yola çıxan sürücülərin nəzərinə: 20 kilometr sonra...
-
Boyları 1.52 metrdən az olan 7 məşhur - (Fotolar)
-
Stress zamanı bunları edin - Özünüzü daha yaxşı hiss edəcəksiniz
-
Evlilik təkliflərini rədd edən qadınlar niyə "yox" dediklərini etiraf ediblər
-
Sabiq nazir müavini qızına dəbdəbəli toy etdi - (Video)
-
Sirkə və sodanı unudun: Duş başlığını təzə kimi edir
-
Putin Moskvada Uitkoff və Kuşnerlə görüşdü - Yenilənib
-
Bugündən Avropaya səyahət edənlər üçün qaydalar sərtləşir
-
"Qarabağ"da gözlənilməz ayrılıq
-
Təyyarədə sərnişini yapışqan lentlə oturacağa bağladılar - (Video)
-
Günün qoroskopu: Maliyyə məsələlərini bu gün bir kənara qoyun
-
Ağdamda traktor minaya düşdü
-
Elm adamlarına görə ən gözəl körpə adı bəlli oldu
-
İsti havalarda dərman içənlərə xəbərdarlıq - (Video)
-
Superliqa: "Beşiktaş" səfərdə "Fənərbağça"nı məğlub edib
-
Putin: Kiyevə zərbələrin dayandırılması xahişi rəsmi kanallarla daxil olub
-
Azərbaycan səhiyyəsinə ağır itki - Əməkdar həkim vəfat etdi - (Foto)
-
Sultanlar illər sonra görüşdü - (Foto)
-
Süleyman Şükürov Avropa çempionu oldu
-
Kəlbəcərdə avtomobil çaya düşüb, sürücü xəsarət alıb - (Foto)





