Dünya

Almaniyalı nazir Rusiya peyvəndindən danışdı

12 Avqust 2020 12:39
Baxış: 1 228
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Almaniyanın Səhiyyə naziri Yens Spahn Rusiyada koronavirusa qarşı ilk peyvəndin qeydiyyatdan keçməsinə münasibət bildirib.

Milli.Az APA-ya istinadən bildirir ki, nazir "Deutschlandfunk" radiosuna deyib ki, effektiv, sınaqdan keçmiş və təhlükəsiz peyvəndi əldə etmək vacibdir.

"Belə bir peyvəndə etibar etmək üçün, hətta pandemiya dövründə də düzgün araşdırmalar aparmaq, müvafiq testlər etmək və xüsusilə də nəticələri ictimaiyyətə çatdırmaq çox vacibdir. Problem ondadır ki, Rusiya hakimiyyəti bu məsələdə çox şəffaf olmadığından bu barədə çox az şey bilirik", - almaniyalı nazir qeyd edib.

Xatırladaq ki, dünən Rusiya Prezidenti Vladimir Putin dünyada ilk dəfə yeni növ koronavirus (COVID-19) infeksiyasına qarşı peyvəndin Rusiyada qeydiyyatdan keçdiyini açıqlayıb. İnyeksiya üçün maye halında olan peyvənd Hamaley adına Mərkəz tərəfindən işlənib hazırlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.