Dünya

Monqolustanda bubon taunundan ikinci ölüm

12 Avqust 2020 12:06
Baxış: 1 011
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Monqolustanın qərbindəki Xovd əyalətində bubon taunu infeksiyası nəticəsində ikinci şəxsin ölümü qeydə alınıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, 42 yaşlı şəxsin satın aldığı marmotlardan taun yoluxduğu ehtimal olunur. Marmotlar potensial taun daşıyıcısı olduğu üçün bölgə rəhbərliyi onları ovlamamağa və ətini yeməməyə çağırıb.

Bir müddət əvvəl 15 yaşlı gəncin taundan ölümü qeydə alınmışdı. Bu günədək Monqolustanda 12 yoluxma halı baş verib. Onlarda 4-ü laborator şəraitdə təsdiqlənib.

Monqolustanın 21 əyalətindən 17-i yoluxma riski altında hesab edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.