Dünya

Dünya bazarlarında ən çox bahalaşan məhsullar açıqlandı

12 Avqust 2020 14:13
Baxış: 1 293
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Qəhvə, kakao, pambıq və şəkər dünya birjalarında ən sürətlə bahalaşan məhsullar olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, son bir ay ərzində London birjasında kakao fyuçersləri 17 faiz bahalaşıb. Hazırda kakaonun bir tonunun qiyməti 2 488 dollar təşkil edir.

Bu müddət ərzində qəhvə fyuçerslərinin qiyməti 14 faiz artıb. Pambıq və şəkər isə müvafiq olaraq 10 və 19 faiz bahalaşıb.

Bununla belə, koronavirus pandemiyasının ilk günlərində bu məhsullar kəskin ucuzlaşmışdı.

Ümumilikdə qida məhsullarının qiymətləri dünya üzrə ikinci aydır ki, bahalaşmaqda davam edir. Miqrant işçilərin çatışmazlığı və istehsalın azalması səbəbi ilə bitki yağı 7,6 faiz, süd məhsulları 3,5 faiz, şəkər 1,4 faiz bahalaşıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.