Dünya

Güclü yağışlar 33 nəfərin ölümünə səbəb oldu

12 Avqust 2020 11:22
Baxış: 880
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Cənubi Koreyada aramsız güclü yağışlar onlarla insanın ölümünə səbəb olub.

Milli.Az Trend-ə istinadən bildirir ki, güclü yağışlar nəticəsində 33 nəfər həlak olub, 8 nəfər xəsarət alıb, 9 nəfər isə itkin düşmüş sayılır.

Məlumata əsasən, güclü yağışlar səbəbindən 7 mindən artıq insan təxliyə edilib, 6 minə yaxın yaşayış evinə, istixanalara, 2,5 min heyvandarlıq təsərrüfatına və anbarlara zərər dəyib.

Bildirilir ki, ölkə üzrə 27 min hektardan artıq kənd təsərrüfatı təyinatlı torpaq sahələri su altında qalıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.