Dünya

Pandemiya Gürcüstanda özəlləşmə proseslərinə mənfi təsir göstərib

12 Avqust 2020 02:32
Baxış: 884
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pandemiya Gürcüstanda bir çox proseslərə, o cümlədən investisiya qoyuluşuna və özəlləşmə prosesinə də ciddi mənfi təsir göstərib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu sözləri jurnalistlərə açıqlamasında Gürcüstanın İqtisadiyyat və Davamlı İnkişaf naziri Natia Turnava söyləyib.

Onun sözlərinə görə, koronavirusla əlaqədar olaraq ölkədə özəlləşmə ilə bağlı həyata keçirilən "Biznes üçün 100 investisiya layihəsi" proqramı çərçivəsində dövlət mülkiyyətində olan müəssisələrinin özəlləşdirilməsi də yavaşıyıb. Cari ilin birinci yarısında cəmi 75 milyon lari dəyərində dövlət mülkiyyətində olan obyekt satılıb.

"Koronavirus pandemiyası ilə əlaqədar iş adamları və sərmayədarlar üçün auksionların keçirilməsində problemlər yaranıb. Geriləmə də əsasən bununla əlaqədardır", - deyə N.Turnava vurğulayıb.

Qeyd edək ki, 2019-cu ilin sonlarından Gürcüstanda həyata keçirilən "Biznes üçün 100 investisiya layihəsi" çərçivəsində dövlət mülkiyyətində olan sənaye, istehsal obyektləri, anbar və fermer təsərrüfatları, tibb müəssisələri, idman infrastrukturu, mehmanxana və sair müəssisələr özəlləşməyə çıxarılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.