Dünya

Yarım milyondan çox əcnəbi Küveytdən deportasiya ediləcək

11 Avqust 2020 08:38
Baxış: 847
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Küveyt hökuməti əmək bazarındakı disbalans və miqrantların demoqrafik struktura təsirini aradan qaldırmaq üçün yarım milyondan çox əcnəbi işçini deportasiya etməyi planlaşdırır.

"Anadolu" agentliyi xəbər verir ki, Küveytin İqtisadiyyat naziri Meryem əl-Akil bu barədə Küveyt parlamentində İnsan Resursları İnkişaf Komissiyasında xarici işçilərin işə qəbulu mövzusunda çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, yarım milyondan çox xarici işçinin ölkədən çıxarılması ilə bağlı hazırlanan plana uzun, orta və qısamüddətli həll yolları daxildir.

Əl-Akil qeyd edib ki, qısamüddətli həll yolu olaraq ölkədə yaşayan 360 min əcnəbi işçinin ölkədən çıxarılması planlaşdırılır, bunların 120 mini qeyri-qanuni, 150 mini 60 yaşdan yuxarı və ya xroniki xəstə, 90 mini isə təhsilsiz və xüsusi bacarığı olmayan işçilərdir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.