Dünya

Livan prezidenti hökumətin istefasını qəbul edib

11 Avqust 2020 07:15
Baxış: 554
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livan prezidenti Mişel Aun Baş Nazir Həsən Diab və hökumətinin istefasını qəbul edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə dövlət başçısının mətbuat xidməti xəbər verib.

Məlumatda qeyd edilib ki, Baş nazir istefa ərizəsini prezidentə təqdim edəndən sonra Mişel Aun onu qəbul edib və Nazirlər Kabinetinə yeni bir hökumət qurulana qədər vəzifələrini icra etməyi tapşırıb.

Söhbət əsnasında M.Aun və H.Diab avqustun 4-ü Beyrutun dəniz limanında partlayışdan sonra Livandakı son hadisələrin son gedişatını müzakirə ediblər. Dövlət başçısı istefaya gedən hökumət üzvlərinə görülən işlərə görə təşəkkür edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.