Dünya

Beyrutdakı partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir

10 Avqust 2020 18:28
Baxış: 898
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyrut limanında baş verən güclü partlayış nəticəsində 200-dən çox insanın öldüyü güman edilir.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Beyrutun qubernatoru Marvan Abbud deyib.

Şəhərin qubernatoru onlarla adamın hələ də itkin olduğunu bildirib.

M. Abbud qeyd edib ki, onların çoxu əcnəbilər olub.

Qeyd edək ki, ordu limanda axtarış əməliyyatının xilasetmə mərhələsini dayandırıb.

Xatırladaq ki, avqustun 4-də Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində 158 nəfər ölüb, 6 mindən çox insan xəsarət alıb. 60-dan artıq şəxs isə itkin düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.