Dünya

Putin Lukaşenkonu təbrik etdi

10 Avqust 2020 12:35
Baxış: 937
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya Prezidenti Vladimir Putin Aleksandr Lukaşenkoya Belarusda keçirilən prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik teleqramı göndərib.

Milli.Az APA-ya istinadən bildirir ki, Rusiya Prezidenti belaruslu həmkarını qələbə münasibəti ilə təbrik edib.

"Ümid edirik ki, sizin dövlətçilik fəaliyyətiniz bütün sahələrdə qarşılıqlı sərfəli Rusiya-Belarus münasibətlərinin gələcək inkişafına, İttifaq dövləti çərçivəsində əməkdaşlığın dərinləşməsinə, Avrasiya İqtisadi Birliyi və MDB xətti ilə inteqrasiya proseslərinin, eləcə də Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında hərbi siyasi əlaqələrin möhkəmlənməsinə kömək edəcək. Bu, şübhəsiz ki, Rusiya və Belarus qardaş xalqlarının maraqlarına cavab verir", - Rusiya dövlət başçısının təbrik teleqramında bildirilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.