Dünya

Türkiyədə ata və qızı ağacdan asılı vəziyyətdə tapıldılar

10 Avqust 2020 13:12
Baxış: 1 528
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Hatay vilayətində fərqli rayonlarda bir kişinin və azyaşlı qızının ağacdan asılı vəziyyətdə meyitləri tapılıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, Çingiz Karataş ayrı yaşadığı suriyalı arvadı Şvazen Zadedən olan yeddi yaşlı qızı Dilan Karataşı birgə vaxt keçirmək üçün özü ilə aparıb.

Onun dediyi saatda gəlməməsindən narahat olan qadın bu barədə polisə xəbər verib. Axtarış zamanı Ç.Karataşın və uşağın cəsədləri fərqli rayonlarda ağacdan kəndirdən asılmış halda tapılıb.

Faktla bağlı araşdırma başlayıb.

Ç.Karataşın həbsdən təzə çıxdığı bildirilir. İlkin versiya kimi onun əvvəl qızını, sonra isə özünü asdığı ehtimal edilir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.