Dünya

Pakistanda daşqınlar: 60-dan çox ölən var

10 Avqust 2020 12:06
Baxış: 657
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Pakistanda musson yağışları və daşqınlar nəticəsində son 3 gün ərzində 64 nəfər həlak olub.

Milli.Az Trend-ə istinadən bildirir ki,  ən çox itki ölkənin şimal qərbindəki Xayber-Pahtunkva əyalətində qeydə alınıb.

Regionda yüzlərlə ev dağılıb, küçələr su altında qalıb. Əhalinin təxliyəsi üçün hərbçilər cəlb olunub.

Ölkənin iri şəhərləri, Kəraçi və Lahorda həyat iflic olub. Nəqliyyatın hərəkəti dayanıb, iş yerləri müvəqqəti bağlanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.