Dünya

Ermənistanda pandemiya qurbanlarının sayı artmaqda davam edir

10 Avqust 2020 09:36
Baxış: 1 036
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ermənistanda koronavirusa yoluxma halları və pandemiya qurbanlarının sayı artmaqda davam edir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası Milli Mərkəzi məlumat yayıb.

Məlumatda bildirilir ki, son sutka ərzində Ermənistanda daha 255 yeni yoluxma qeydə alınıb.

Bununla da ölkədə təhlükəli infeksiyaya yoluxanların ümumi sayı 40 410 nəfərə çatıb.

Məlumata görə, son sutkada ölkədə COVID-19-dan ölənlərin sayı 791 nəfərə çatıb. Onlardan da 6-sı son sutka ərzində ölüb.

Daha 228 nəfər koronavirus xəstəsi başqa səbəblərdən ölüb.

Hazırda ölkə xəstəxanalarında 6 min 871 aktiv koronavirus xəstəsi var.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.