Dünya

Pandemiya dövründə Türkiyədən dünyanın 150 ölkəsinə yardım göndərilib

10 Avqust 2020 09:30
Baxış: 885
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

COVID-19 pandemiyası dövrü ərzində Türkiyədən dünyanın 150 ölkəsinə və altı beynəlxalq quruma tibbi ləvazimatlardan ibarət yardım göndərilib.

Milli.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkənin Kocaeli Universitetinin Səhiyyə Qurumları və Araşdırma Mərkəzinin açılış mərasimində bildirib.

Ölkədə koronavirusa yoluxan hər şəxsin müalicəsinin dövlət tərəfindən aparıldığını vurğulayan Rəcəb Tayyib Ərdoğan, pandemiya dövrü ərzində Türkiyənin şəhər xəstəxanalarının fəaliyyətinin qürurverici olduğunu qeyd edib.

Bütün dünyanı öz mənfi təsiri altına alan pandemiya dövrü ərzində hər kəsin diqqətli olmasının, qaydalara riayət etməsinin vacibliyini vurğulayan Türkiyə Prezidenti, bu dövr ərzində dünyanın müxtəlif ölkələrindən 90 minədək Türkiyə vətəndaşının Vətənə gətirildiyini bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.