Dünya

Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır

9 Avqust 2020 20:09
Baxış: 1 213
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Sabahdan Rusiyadan Türkiyənin turizm mərkəzlərinə aviareyslər başlayır.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Federal Hava Nəqliyyatı Agentliyi məlumat yayıb.

Avqustun 10-dan Türkiyənin "Turkish Airlines", "Pegasus Airlines" və "Corendon Airlines" şirkətləri Antalya, Bodrum və Dalamandan Rusiyaya uçuşları bərpa edir.

Rusiyanın 10 aviaşirkəti isə Moskva, Sankt-Peterburq və Rostov-na-Dondan Türkiyənin bu şəhərlərinə uçuş həyata keçirməyə hazırdır.

Qeyd edək ki, martın sonundan yeni növ koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar Rusiya və digər ölkələr arasında aviaəlaqələr dayandırılıb. Avqustun 1-dən Rusiyadan Böyük Britaniya, Tanzaniya və Türkiyəyə uçuşlara başlamağa icazə verilib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.