Dünya

Bill Geyts “TikTok” anlaşmasını “içi zəhər dolu stəkana” bənzətdi

9 Avqust 2020 16:36
Baxış: 817
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Microsoft" şirkətinin təsisçisi Bill Geyts vaxtilə sahibi olduğu şirkətin Çin mənşəli "TikTok" mobil əlavəsini almaqla bağlı proses barədə danışıb. 

Milli.Az musavat.com-a istinadən bildirir ki, o, bununla bağlı "Wired" jurnalına müsahibə verib.

Amerikalı milyarder, ümumiyyətlə, "TikTok"un alınması ilə bağlı rəsmi Vaşinqtonun zorla təlqin etdirmək istədiyi prinsipləri "qəribə" adlandırıb.

Bill Geytsin fikrincə, əgər "Microsoft" bütün hallarda müqavilə imzalasa, bunu prezident Donald Trampın istədiyi şərtlər altında həyata keçirməli olacaq. Bunlardan biri də ABŞ Maliyyə Nazirliyinin həmin sazişdə tərəf kimi iştirak etməsidir. 

"Belə olan halda, saziş içi zəhərlə dolu stəkana bənzəyəcək. Ona görə də irəlidə nə baş verəcəyini görmək çətindir", - deyə, o söyləyib.

Qeyd olunur ki, daha öncələr ABŞ prezidenti Donald Tramp "TikTok"un sahibi, Çinin "ByteDance" şirkətindən onu bu ilin sentyabr ayının 15-nə qədər ya "Microsoft", ya da hansısa başqa bir ABŞ şirkətinə satmağı tələb etmişdi. Əks təqdirdə Ağ Ev rəhbəri videoservis proqramını ABŞ-dakı mobil qurğulardan sildirəcəyini söyləyib.

Donald Tramp bununla bağlı niyyətinin ciddi olduğunu göstərmək üçün hətta müvafiq fərman da imzalayıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.