Dünya

Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı 158-ə çatıb

8 Avqust 2020 18:58
Baxış: 815
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Avqustun 4-ü Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində ölənlərin sayı artıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, partlayışda ölənləin sayı 158 nəfərə çatıb, 6 mindən artıq insan xəsarət alıb.

Bildirilir ki, 21 nəfər itkin düşmüş sayılır.

Qeyd edək ki, avqustun 4-ü Beyrutun dəniz limanında güclü partlayış baş verib. Partlayış nəticəsində yüzlərlə ev və bina dağılıb və ya zərər görüb, 300 mindən artıq insan evsiz qalıb. Partlayış limanın 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarında qaynaq işləri aparılarkən baş verib.

Partlayışla əlaqədar avqustun 6-sı limanın direktoru da daxil olmaqla, liman administrasiyasının 16 məmuru saxlanılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.