Dünya

Livanda partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb

8 Avqust 2020 14:44
Baxış: 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın paytaxtı Beyrutda bir neçə gün əvvəl baş vermiş partlayış nəticəsində 60-dan çox şəxs itkin düşüb.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Qeyd edək ki, Beyrut limanında baş vermiş güclü partlayış nəticəsində ölənlərin sayı 154 nəfərə çatıb. Onlardan 25 nəfərinin şəxsiyyəti müəyyənləşdirilə bilməyib.

Partlayışa 2700 ton ammonyak selitrası (ammonium nitrat duzu) saxlanılan anbarda qaynaq işləri zamanı baş verən yanğın səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.