Dünya

ÜST 7-14 avqustu maska taxılması həftəsi elan etdi

8 Avqust 2020 11:04
Baxış: 1 371
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı tərəfindən 7-14 avqust maska taxılması həftəsi elan olunub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, ÜST bildirir ki, insanlar maska taxmaqla yalnız özlərini deyil, ətrafdakılarını da qoruyurlar. Bu həftə ərzində insanlar maska taxaraq foto və videolarını sosial şəbəkədə maskatax həşteqi ilə paylaşa və estafeti tanışlarınıza ötürə bilərsiniz.

ÜST bunu da qeyd edir ki, insanlar burnunu, ağzını örtmək şərtilə maska taxmalıdırlar. Lakin yalnız maska taxmaqla COVİD-19-dan qorunmaq mümkün deyil. Bunun üçün insanlar ara məsafəsi saxlamalı, kütləvi yığıncaqlardan uzaq olmalı, öskürəndə və asqıranda ağız və burunlarını tutmalı, əllərini təmiz saxlamalı, gigiyenik qaydalara əməl etməlidirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.