Dünya

Gürcüstanda dövlət bayraqları endirilib

8 Avqust 2020 10:49
Baxış: 1 697
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiya-Gürcüstan müharibəsinin 12-ci ildönümü tamam olur.

Milli.Az APA-ya istinadən xəbər verir ki, müharibə zamanı həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq hökumət administrasiyasında, prezident sarayında, parlament binasında, eləcə də bütün ölkə ərazisindəki inzibati binalarda, həmçinin ölkənin xaricdəki diplomatik korpuslarında dövlət bayraqları endirilib.

İldönümü ilə əlaqədar bir sıra beynəlxalq tədbirlərin təşkil edilməsi də planlaşdırılıb.

Qeyd edək ki, 2008-ci ilin 8 avqust tarixində başlayan Rusiya-Gürcüstan müharibəsi 5 gün davam edib. Müharibə nəticəsində Gürcüstanın 170 hərbçisi, 408 mülki vətəndaşı həlak olub, 2 232 nəfər yaralanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.