Dünya

Türkiyənin müdafiə sənayesi məhsullarının ixracı azalıb

8 Avqust 2020 10:24
Baxış: 818
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

2020-ci yanvar-iyul aylarında Türkiyənin dünya bazarlarına müdafiə sənayesi məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 29,2 faiz azalaraq 1,062 milyard dollara bərabər olub.

Milli.Az xəbər verir ki, bu barədə Trend-ə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.

Müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 1,2 faizini təşkil edib.

İyul ayında Türkiyə 139,792 milyon dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib ki, bu da 2019-cu ilin iyulu ilə müqayisədə 40,2 faiz azdır.

İyul ayında müdafiə sənayesi məhsullarının ixracı Türkiyənin ümumi ixracının 0,9 faizini təşkil edib.

Son 12 ay ərzində (iyul 2019 - iyul 2020) Türkiyə 2,301 milyard dollar məbləğində müdafiə sənayesi məhsulu ixrac edib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.