Dünya

Koronavirus əleyhinə peyvəndin təhlükəli olması barədə iddia təkzib edildi

8 Avqust 2020 08:18
Baxış: 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Koronavirus infeksiyasına qarşı peyvənd COVID-19 xəstəliyinə səbəb ola bilməz.

"İzvestiya"nın verdiyi məlumata görə, bunu Qamaleya adına Epidemiologiya və Mikrobiologiya Milli Tədqiqat Mərkəzinin direktoru, Rusiya Elmlər Akademiyasının həqiqi üzvü Aleksandr Gintsburq deyib.

"Peyvənddə istifadə olunan hissəciklər adenovirus üzərində qurulub və onlar canlı deyil. Canlı o hissəciklər hesab olunur ki, öz növlərini yarada bilir. Bu hissəciklər çoxala bilməz, məhz bu səbəbdən onların orqanizmdə hansısa təhlükə yaradacağını iddia etmək üçün zəmin yoxdur", - deyə, A. Gintsburq vurğulayıb.

Qeyd edək ki, bir neçə gün əvvəl Rusiyanın Səhiyyə naziri Mixail Muraşko Qamaleya İnstitutunun hazırladığı koronavirus vaksininin klinik sınaqlarının yekunlaşdığını bildirib. Oktyabr ayında ölkədə kütləvi vaksinasiya prosesi başlayacaq.

Bizimlə əlaqə saxlayın

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.