Dünya

Beyrutdakı partlayışla bağlı 19 nəfər həbs edilib

8 Avqust 2020 08:13
Baxış: 577
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Beyrut dəniz limanında baş vermiş partlayışla bağlı hüquq-mühafizə orqanları tərəfindən 19 nəfəri həbs edib

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Livanın LBCI telekanalı məlumat yayıb.

Bildirilib ki, Livan gömrüyünün keçmiş baş direktoru Şafik Merhi də istintaqa cəlb edilib.

Qeyd edək ki, daha əvvəl liman administrasiyasının 16 vəzifəli şəxsinin tutulması barədə məlumatlar yayılmışdı. Hadisənin baş verdiyi gün dəniz limanı administrasiyasının bütün işçiləri ev dustaqlığında saxlanılmasına qərar verilmişdi.

Xatırladaq ki, avqustun 4-də baş vermiş partlayış nəticəsində 154 nəfər ölüb, 5 minə yaxın insan zərər çəkib, onlarla insan itkin düşüb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.