Dünya

Türkiyədə 4,6 bal gücündə zəlzələ baş verib

8 Avqust 2020 07:35
Baxış: 525
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Bitlis vilayətində 4,6 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Türkiyənin Fövqəladə İdarəetmə Agentliyinin (AFAD) saytında məlumat verilib.

Məlumata əsasən, yeraltı təkanlar yerli vaxtla saat 22:20-də qeydə alınıb. Zəlzələnin episentri Bitlis rayonunda, ocağı isə 6,99 kilometr dərinlikdə yerləşib.

Dörd dəqiqə sonra eyni ərazidə 3,6 bal gücündə afterşokun qeydə alındığı bildirilir.

Daxili işlər naziri Süleyman Soylu zəlzələdən dəyən ziyanla bağlı məlumat olmadığını deyib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.