Dünya

Portuqaliyada pensiya yaşında olan tibbi heyət yenidən işə qəbul edilir

7 Avqust 2020 21:32
Baxış: 651
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Portuqaliyanın Səhiyyə Xidməti koronavirus pandemiyasının öhdəsindən gəlməyə kömək etməyə hazır olan mütəxəssisləri gözləyir.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Portuqaliya Prezidenti Marselu Rebelu di Soza əvvəllər pensiyaya çıxan tibbi heyətin işə qəbulu üçün müstəsna rejimin uzadılmasını bəyənib. Həkimlər 2021-ci ilin sonunadək Milli Səhiyyə Xidməti müəssisələrinə qayıda bilərlər.

Bu tədbirdən məqsəd Portuqaliya səhiyyəsini COVID-19 pandemiyası şəraitində tibbi yardım göstərilməsi üçün zəruri olan ixtisaslaşdırılmış resurslarla təmin etməkdir.

Dövlət xəstəxanalarında və klinikalarda tibbi yardıma yüksək tələbatın olduğu şəraitdə öz vəzifələrini yerinə yetirməyi bacaran yeni kadrlar çatışmır. Buna görə də onların yerləri pensiyaçılara təklif olunur.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.