Dünya

Almaniya məzuniyyətdən qayıdan hər kəs üçün məcburi testdən keçməni tətbiq edir

7 Avqust 2020 22:16
Baxış: 1 012
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

AFR-də koronavirus üzrə dünənki statistika təşviş yaradıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, yoluxmaların sayının artması ilə əlaqədar, ölkənin Səhiyyə naziri Yens Şpan bu gün səhər mətbuat konfransı keçirib. O deyib ki, Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn hər kəs sabahdan (avqustun 8-dən) etibarən məcburi qaydada koronavirus testindən keçməlidir. "COVID-19 daşıyıcılarının sayı yenidən artır", - deyə o, xəbərdarlıq edib.

Bu günlərdə Almaniyada tətillər başa çatır, insanlar məzuniyyətdən geri dönürlər. Nazir xəbərdarlıq edib ki, deməli ölkəyə xaricdən də koronavirus "gətiriləcək". Bu səbəbdən də Avropa İttifaqına daxil olmayan ölkələrdən gələn hər kəs məcburi qaydada koronavirus testindən keçməlidir. Ekspress-laboratoriyalar aeroportlarda, dəmir yollarında və avtobus vağzallarında fəaliyyət göstərəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.