Dünya

Daha üç ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib

7 Avqust 2020 20:20
Baxış: 730
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Daha üç ölkə BMT-nin Nüvə Silahının Ləğvi Barədə Müqaviləsini ratifikasiya edib. Bundan sonra müqavilənin tam qüvvəyə minməsi üçün onun daha yeddi ölkə tərəfindən ratifikasiya olunmasına ehtiyac var.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, İrlandiya, Nigeriya və kiçik ada dövləti olan Nieu avqustun 6-da - Yaponiyanın Xirosima şəhərinə atom bombası atılmasının 75-ci ildönümü günü sənədlərini müqavilənin ratifikasiya olunması üçün təqdim ediblər.

İrlandiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Brayan Flin deyib: "Nüvə silahına malik olan ölkələr arasında geopolitik rəqabətin güclənməsi, nüvə silahının təsadüfən və ya müvafiq hesablamaya görə istifadəsi riskini yolverilməz dərəcədə artırıb".

Xatırladaq ki, həmin müqavilə BMT tərəfindən 2017-ci ildə qəbul edilib. Sənəddə nüvə silahı ilə bağlı istənilən fəaliyyəti qadağan edən hərtərəfli tədbirlər əksini tapıb. Müqavilə nüvə silahının istənilən istifadəsini beynəlxalq humanitar qanunvericiliyin prinsip və qaydalarının pozulması kimi müəyyən edir. Müqavilənin qüvvəyə minməsi üçün o, 50 dövlət tərəfindən ratifikasiya olunmalıdır.

BMT Nüvə Silahının Ləğvi Barədə müqavilənin tezliklə qüvvəyə minməsini, həmçinin gələn il keçirilməsi planlaşdırılan Nüvə Silahının Yayılmaması Barədə Müqavilənin müzakirəsinə həsr olunacaq konfransı nüvə silahının ləğvi istiqamətində hərəkata təkan verəcək mühüm impuls kimi yüksək qiymətləndirir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.