Dünya

Beyrutda partlayışda ölən ermənilərin sayı 13-ə çatıb

7 Avqust 2020 19:04
Baxış: 1 013
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Livanın paytaxtı Beyrutda baş verən partlayışda ölən ermənilərin sayı artıb.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Anna Naqdalyan "Facebook"da bildirib.

Onun sözlərinə görə, ölən ermənilərin sayı 13 nəfərə çatıb.

Partlayışda 250 erməni xəsarət alıb.

Qeyd edək ki, avqustun 4-də Beyrut limanında şiddətli partlayış baş verib. Limandakı anbarda saxlanılan ammiak turşusunun partlaması nəticəsində 149 nəfər ölüb, 5 minə yaxın insan yaralanıb. Paytaxta ciddi ziyan dəyib, evlər, avtomobillər dağılıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.