Dünya

Rusiyada koronavirus testindən ilk olaraq kimlərin keçəcəyi açıqlandı

7 Avqust 2020 18:22
Baxış: 726
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Rusiyanın Səhiyyə nazirinin müavini Oleq Qridnev ölkədə ilk növbədə kimlərin koronavirus peyvəndi olunacağını deyib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Qridnev ilk olaraq tibb işçilərinin və təqaüdçülərin peyvənd olunacağını bildirib.

Vaksinasiya prosesi üçün qeydiyyat avqustun 12-də başlayacaq. Hazırda son yoxlanma mərhələsi davam edir.

Nazir müavini qeyd edib ki, əvvəlcə peyvəndin təhlükəsizliyinə əminlik olmalıdır. Eyni zamanda, peyvəndin effektivliyini əhali arasında immunitet yarandıqdan sonra qiymətləndirmək mümkün olacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.