Dünya

Yaponiyada alimlər koronavirusun ölkədə yayılma mexanizmini aydınlaşdırıblar

7 Avqust 2020 21:01
Baxış: 834
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Yapon tədqiqatçıların qənaətinə görə may ayından sonra koronavirusun nəzarət altına alındığı güman edildiyi dövrdə də ölkədə bu virusun yayılması davam edib.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu barədə cari həftənin əvvəllərində koronavirusun genetik analizləri aparıldıqdan sonra məlum olub. Analizlər Yaponiyada virusa yoluxan insanlarda aparılıb. Alimlər bununla ölkədə koronavirusun yayılması mexanizmini aydınlaşdırmağa çalışıblar.

Bildirilir ki, aparılan analizlər nəticəsində Yaponiyada martda yayılan virusun özündə Avropa ştammını əks etdirdiyi məlum olub. Çinin Uxan şəhərində yaranan bu virus Yaponiyaya Avropadan gəlib. Həmin ştammlı virusun əmələ gətirdiyi yoluxma mayda sönüb.

Lakin iyunun ortalarından başlayaraq, ölkədə infeksiya klasterləri müşahidə edilməyə başlayıb. Həmin klasterlərdə yoluxanlardan götürülən nümunələrin genetik analizi bu virusun mutasiya etdiyini təsdiq edib.

Əlavə olaraq qeyd edək ki, son məlumatlara görə Yaponiyada koronavirusa yoluxanların sayı 45 minə çatıb. Virusun yaratdığı xəstəlik nəticəsində 1048 nəfər həyatını itirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.