Dünya

Litvada maska taxmaqdan imtina edənlər həbs oluna bilərlər

7 Avqust 2020 11:43
Baxış: 679
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Litvanın Milli İctimai Səhiyyə Mərkəzinin Vilnüs departamentinin rəhbəri Rolanda Linqene maskaların düzgün qaydada taxılmamasının vəziyyətin daha da pisləşməsinə səbəb olacağını vurğulayıb.

Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, o, indi qapalı məkanlarda maska taxmağın məcburi olduğunu xatırladıb: "Bəzən heç maska taxmamaq yanlış maska taxmaqdan yaxşıdır. Başqa sözlə, o zaman daha az zərər olar. Maskanı çənənin altına keçirmək və ya burunu maska ilə örtməmək olmaz. Bu, müdafiə baxımından faydasızdır".

İctimai Polis İdarəsinin nümayəndəsi Audryus Çyupala bildirib ki, ticarət mərkəzinə gələn müştəri maska taxmaqdan imtina edərsə, bəzi hallarda mühafizəçinin mövcud qaydalara uyğun olaraq onu həbs edə bilər. Ticarət mərkəzlərinin mühafizəçiləri bu məkanlara cavabdehdirlər və onlar vətəndaşlara mövcud qaydaları xatırladırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.