Dünya

Yaponiya Hiroşimaya atom bombası atılmasının 75-ci ildönümünü qeyd edir

6 Avqust 2020 20:14
Baxış: 905
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyadakı ilk atom bombasından sağ çıxanlar hücumun 75-ci ildönümünü qeyd etmək üçün cümə axşamı Yaponiyanın Hiroşima şəhərində bir araya gəlib.

Hirosimanın Sülh Memorial Parkına toplaşan kiçik qrup həmin anı səhər saat 8:15-də bir dəqiqəlik sükutla qeyd edib. ABŞ-ın Enola Gay döyüş təyyarəsinin 75 il əvvəl eyni vaxt atdığı "Kiçik oğlan" ləqəbli atom bombası 140 min insanın ölümünə səbəb olmuş və bütün şəhəri xarabalığa çevirmişdi.

Əvvəlki idönümündən fərqli olaraq builki mərasim "hibakuşa" kimi tanınan saö qalanlar qruou və onların ailələri qatılıb. 75-ci ildönümü koronavirusun yayılmasına görə azsayda insanın iştirak etməsinə səbəb olub.

Baş nazir Şinzo Abe adəti üzrə etdiyi illik nitqində Yaponiyanın nüvə dünyasına bağlı olduğunu, dünyanın nüvə güclərinin aralarında razılaşma əldə etmələri üçün ölkəsinin "körpü rolunu oynayacağını" deyib.

Abe deyib ki, nüvə silahlarının səbəb olduğu Naqasaki və Hiroşima faciələri bir daha heç vaxt təkrarlanmamalıdır.

Lakin Hiroşima meri Kazumi Matsui Yaponiya hökumətini BMT-nin 2017-ci ildə qəbul edilmiş `hibakuşanın` sayının azalmasına səbəb olan nüvə silahına qadağa müqaviləsini imzalamağa və təsdiqləməyə çağırıb. Tokionun qeyri-nüvə öhdəliyinə baxmayaraq, Yaponiya hələ də ABŞ-ın nüvə arsenalına himayədarlıq edir.

"Bu gün nüvə silahına sahib olmayan bir dünya belə görünür bizdən uzaqdır" - deyə, BMR-nin baş katibi Antonio Quterres mərasim zamanı səsləndirdiyi video müraciətində bildirib.

Hiroşimanı bombaladıqdan üç gün sonra ABŞ Naqasaki şəhərini bombalayıb ki, bu da şəhərdə 70 mindən çox insanın ölümünə səbəb olub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.