Dünya

ÜST bu ölkənin COVID-19 vaksininə lisenziya verəcək - AÇIQLAMA

7 Avqust 2020 08:40
Baxış: 1 326
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ümumdünya Səhiyyə Təşkilatı Rusiyanın hazırladığı COVID-19 peyvəndinə lisenziya verilməsini müzakirə edir.

Milli.Az xəbər verir ki, bunu ÜST-nin nümayəndəsi Katerina de Kat açıqlayıb.

"ÜST Rusiyanın səhiyyə orqanları ilə sıx əlaqədədir. Peyvəndin mümkün ilkin analizi ilə bağlı müzakirələr davam edir", - Kat deyib.

Peyvəndin lisenziyalaşdırılması üçün bütün təhlükəsizlik, effektivlik məlumatları ciddi şəkildə nəzərdən keçiriləcək və qiymətləndiriləcək.

Qeyd edək ki, peyvənd Rusiya Müdafiə Nazirliyi ilə Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin əməkdaşlığı çərçivəsində ərsəyə gətirilib. Peyvəndin sınaqları 18 iyun, 15 iyul və 20 iyulda baş tutub. (publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.