Dünya

Emmanuel Makron Livana səfər edib

6 Avqust 2020 18:22
Baxış: 610
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Fransa Prezidenti Emmanuel Makron Livana səfər edib.

Milli.Az APA-ya istinadən əbər verir ki, Fransa liderini Livan Prezidenti Mişel Aoun qarşılayıb.

Emmanuel Makronun partlayış baş vermiş limanda xilasetmə işləri ilə məşğul olan Livan və Fransız xilasediciləri ilə görüşmək üçün birbaşa limana gedəcəyi gözlənilir.

Gəlişindən qısa müddət sonra jurnalistlərə açıqlama verən Emmanuel Makron bildirib ki, səfərin məqsədi bu çətin vaxtda Livan xalqına dəstək və dostluq mesajı verməkdir.

"Livan siyasi və iqtisadi böhranla üzləşir və buna təcili reaksiya vermək tələb olunur", - deyə o qeyd edib.

Fransa Prezidenti bildirib ki, yaxın günlərdə Livana daha çox yardım ayrılacaq. O, Livanın siyasi elitasını təcili islahatlar aparmağa çağırıb: "İslahatlar aparılmasa, Livan əziyyət çəkməyə davam edəcək".

Günün sonunda Makron Livan Baş naziri Hassan Diab da daxil olmaqla, bütün siyasi aktorlarla prezident sarayında görüş keçirəcək.

Fransa lideri Livanın müxtəlif siyasi fraksiyalarının və vətəndaş cəmiyyətinin üzvləri ilə də görüşəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.